"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dövlət xidməti: “1180 bələdiyyənin mülkiyyətində olan torpaqlara aid xəritələr işlənib hazırlanaraq bələdiyyələrin Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş və sonuncu tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır”

--2022-10-04 / 06:20

əmlak Məsələləri Dövlət Xidmətinə yeddi sualın cavablandırılması üçün cari ilin mart ayının dördündə göndərdiyimiz suallara gərgin keçən danışıq və məktublaşmalardan sonra 21 sentyabr tarixində ətraflı cavab göndərilib.

Məktubu olduğu kimi təqdim edirik.

P.S. Sorğumuza göndərilən cavabla bağlı öz fikirlərimizi yaxın günlərdə bildirəcəyik

*****

“Belediyye.info” MMC-nin sorğusuna cavab

 Hörmətli Vüqar Tofiqli,

Sizin sorğunuzla bağlı ətraflı araşdırılma aparılmış və iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun cavablandırılması mümkün olan suallarla bağlı aşağıdakıları bildiririk:

 Sual: əmlak Məsələləri Dövlət Xidmətinin üç strukturu dövlət başçısının müvafiq Fərmanı ilə birləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli Fərmanı ilə Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin və əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri yaradılmaqla Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilib. Nəzərə alaq ki, bu qurumların pərakəndə fəaliyyəti vətəndaş məmnunluğunun təmin edilməsinə ciddi problem yaratmaqda idi. Bu gün bu qurumların birləşdirilmə prosesi hansı vəziyyətdədir?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli Fərmanına əsasən keçmiş əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Azərbaycan Respublikasının iqtisaiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi yaradılmışdır. “iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin strukturunun, onun Aparatının, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturlarının və ştat cədvəllərinin təsdiq edilməsi haqqında” iqtisadiyyat nazirinin 1 noyabr 2021-ci il tarixli əmrinin 6-cı bəndinə əsasən iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin strukturu, ştat cədvəli təsdiq edilmişdir. Bildiririk ki, keçmiş əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki qurumları arasında birləşmə prosesi tam yekunlaşmışdır.

Sual: Hazırda Dövlət Xidməti ilə bələdiyyələr arasında qarşılıqlı əlaqə və münasibətlərin real vəziyyəti haqqında nə demək olar?

Cavab: iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti ilə Azərbaycan Respublikasının ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi arasında qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsi məqsədilə əlaqələndirilmə qrupu yaradılmış və həmin qrupda Xidmət tərəfindən təmsil olunan əməkdaşlar müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əlaqələndirmə qrupunun Xidmət üzrə və Bələdiyyələrlə iş Mərkəzi üzrə təmsil olunan əməkdaşları arasında yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq işgüzar danışıqlar, müzakirələr, görüşlər həyata keçirilir.

Sual: Bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməsi prosesi nə vaxt başa çatdırılacaq?

Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin maddənin 7-ci bəndinə əsasən, bələdiyyələr mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanının 5-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə verilə bilən müəssisə və obyektlərinin, binaların, tikililərin, qeyri-yaşayış sahələrin, qurğuların və avadanlıqların, habelə ümumi istifadə obyektlərinin siyahısı və bələdiyyələrə verilməsi müddətləri hər bir bələdiyyə ərazisi üzrə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələr və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qeyd olunan Fərmanın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” Qərarında 92 dövlət əmlakının aidiyyəti üzrə bələdiyyələrin mülkiyyətinə verilməsi öz əksini tapmışdır.

Sual: Prezident Fərmanı ilə üç ay ərzində başa çatdırılmalı olan bələdiyyə xəritələrinin verilməsində 20 illik ləngimələr hansı səbəbdən baş verib? Ümumiyyətlə, bələdiyyələrə xəritələrin verilməsi nə vaxt başa çatdırılacaq?

Cavab: “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24.12.1999-cu il tarixli Fərmanının 3-cü bəndinin tələblərinə uyğun olaraq Xidmətin müvafiq qurumu tərəfindən ölkə ərazisində mövcud olan 1436 bələdiyyədən 1180 bələdiyyənin mülkiyyətində olan torpaqlara aid xəritələr işlənib hazırlanaraq bələdiyyələrin Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş və sonuncu tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır. Bununla yanaşı Xidmətin tabeliyindəki müvafiq qurum tərəfindən işlənib hazırlanmış 84 bələdiyyənin yerquruluşu xəritəsi aidiyyəti üzrə bələdiyyələrə təsdiq olunması üçün verilmişdir. Təsdiq edilmiş 33 bələdiyyə xəritəsinin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq işlər həyata keçirilir. Eyni zamanda 77 bələdiyyə xəritəsi razılaşdırılıb təsdiq edilmək üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. 62 bələdiyyənin xəritələrinin razılaşdırılması Xidmətdən asılı olmayan səbəblər üzündən hələ ki mümkün olmamışdır.

Sual: iyirmi il ərzində dövlət mülkiyyətində məskunlaşan bələdiyyələrin inzibati binalarının bələdiyyə mülkiyyətinə verilməsi üçün Xidmət tərəfindən hansı təkliflər hazırlanıb? Ümumiyyətlə Xidmətdə belə bir fikir varmı?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsi”nin 3.0.14-cü bəndinə əsasən əMDX dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadəyə nəzarəti həyata keçirir və dövlət orqanlarının (qurumlarının) yerləşdirilməsi barədə iqtisadiyyat Nazirliyinə təkliflər verir.

Bununla yanaşı bildiririk ki, sizin müraciətinizdə göstərilən Nərimanov bələdiyyəsinin yerləşdiyi inzibati binanın özəlləşdirilməsi məsələsi ilə bağlı Xidmət tərəfindən 05.04.2022-ci il tarixli, 220120505122 nömrəli məktubunuza ətraflı məlumat verilmişdir. Qeyd etmək lazımdır ki, müraciətinizdə göstərilən digər suallar əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olmadığından cavablandırılması mümkün olmamışdır.

 əmlak Məsələləri Dövlət Xidməti 

 

ŞƏRHLƏR